Karantinin uzadılmasına görə ictimai nəqliyyatda hansı tədbirlər görüləcək?

Azərbaycanda koronavirus infeksiyasının yayılma riskini minimuma endirmək üçün karantin rejimi may ayının 4-nə qədər uzadıldı.
Bəs karantin rejiminin uzadılması ilə ictimai nəqliyyatda tətbiq olunan qaydalarda dəyişikliklər gözlənilirmi? Müddətin uzadılması ilə əlaqədar olaraq, ictimai nəqliyyatda hansı tədbirlər görüləcək?
Avtosfer.az-ın məlumatına görə məsələ ilə bağlı "Report"a açıqlama verən nəqliyyat üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, xüsusi karantin rejiminin uzadılması post-karantin dövrünə daha yaxşı hazırlaşmağa imkan verir:
"Karantin rejiminin davam etdiyi müddətdə ictimai nəqliyyatda tətbiq olunan bir sıra şərtlər saxlanılacaq. Bura sosial məsafənin saxlanılması, avtobuslara limit daxilində sərnişinlərin qəbul olunması, dövri olaraq avtobus salonlarında dezinfeksiya işlərinin aparılması daxildir. Həmçinin avtobuslara daxil olan şəxslərin dezinfeksiya aparatından istifadəsi davam edəcək".
Ekspertin sözlərinə görə, post-karantin dövründə də insanların təhlükəsizliyini təmin etmək və ehtiyatı əldən verməmək üçün ictimai nəqliyyatda tətbiq edilən bir sıra qaydalar qüvvədə qala bilər:
"Eynilə karantin dövründə olduğu kimi, avtobus salonlarında sıxlığın yaranmasının qarşısını almaq üçün sosial məsafə qaydası və yoluxma riskini aradan qaldırmaq üçün dezinfeksiya kimi bir sıra tədbirlər post-karantin dövründə də saxlanılacaq".
"İctimai nəqliyyat - "BakuBus" dövlət tərəfindən subsidiya olunur. Buna görə də karantin rejiminin uzadılmasının ictimai nəqliyyatın iqtisadi və maliyyə vəziyyətinə mənfi təsir edəcəyini düşünmürəm", - ekspert əlavə edib.
E.Cəfərov hazırda taksilərin müəyyən şərtlərlə fəaliyyət göstərə bildiyini və bu prosesin davam edəcəyini düşünür:
"Bu da Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən tənzimlənir. Karantin rejiminin uzadıldığı vaxtda taksi fəaliyyəti üçün fərqlənmə nişanlarının verilməsi prosesi olduğu kimi qalacaq. Bu dövrdə "fərqlənmə nişanı" alan taksilərin sayında da artım müşahidə oluna bilər".
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










