Keçirdiyi qəzanın görüntüləri Aytən Səfərovaya niyə təqdim edilmir? - Müəmma...

Tanınmış aparıcı Aytən Səfərova ilk dəfə keçirdiyi qəza barədə danışıb. O, açıqlamasında qəza ilə bağlı videogörüntüləri əldə edə bilmədiyini, tələb etsə də, müraciətindən imtina edildiyini bildirib. Adətən, avtoqəzalarla bağlı təhlükəsizlik kameralarına yansıyan görüntüləri mediada, müxtəlif sosial şəbəkələrdə paylaşılır.
Belə olan halda Aytən Səfərovanın bu tələbi qanunauyğundurmu? Elədirsə, niyə həmin materiallar ona təqdim olunmur?
Avtosfer.az xəbər verir ki, hüquqşünas Ramil Süleymanov “Yeni Sabah”a açıqlamasında bu məsləyə dair suallara belə aydınlıq gətirib:
“Aytən Səfərova bilməlidir ki, baş vermiş hadisədə o, zərərçəkən, yoxsa təqsirləndirilən şəxs qismində tanınıb. Belə ki, ümumiyyətlə, cinayət işinin iştirakçılarının hər birinin ixtiyarı var ki, həmin məsələyə aid materiallarla tanış olub, bu haqda öz vəsatət və ərizələrini təqdim etsinlər. İstənilən halda, həmin hadisənin videogörüntüləri indiyə qədər Aytən xanıma təqdim olunmalı idi. Eyni zamanda, materialların təqdim olunmasından əlavə, həmin videogörüntülərin yayılmağının, istintaq sirri təşkil edən digər məlumatların KİV-ə çıxarılması, mediada işıqlandırılması barədə şəxslərin üzərinə vəzifə kimi qoyula bilər”.
Hüquqşünas bildirib ki, əgər Aytən Səfərovaya media ilə sıx əlaqələri olduğu üçün həmin görüntülər təqdim edilmirsə, burada bərabərlik prinsipi pozulur:
“Hazırkı durumda düşünürəm ki, istintaqı aparan orqan həmin görüntüləri, o cümlədən yol hərəkətinin əks olunduğu sxemi rəy verilməsi üçün ekspertizaya göndərib müvafiq rəyin verilməsini gözləyir. Bu səbəbdən istintaqın nəticəsi gecikə bilər. Ancaq indiki halda Aytən Səfərovaya həmin məlumatların təqdim olunmaması yolverilməzdir. Aytən xanım jurnalistdir, onun media ilə çox sıx əlaqələri var. Nəticə etibarilə, bu ona dəlalət edə bilməz ki, həmin şəxs sözügedən görüntüləri əldə etməkdən məhrum edilsin. Çünki burada bərabərlik prinsipi pozulur. Ona görə də, Aytən xanıma həmin materialları təqdim edərək, istintaq sirrinin yayılmaması barədə iltizama əməl etmək üçün onun imzasının alınması mümkündür. Bu səbəbdən cinayət prossesual məcəlləsinin tələblərinə uyğun olaraq, onun iştirakçıları bərabər qaydada bütün sübutlarla tanış olmalı və həmin materialların nüsxələri onlara təqdim edilməlidir”.
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










