Köçkünlər üçün inşa edilmiş evlərin satışı barədə DETALLAR

Keçmiş məcburi köçkünlər üçün inşa edilmiş çoxmənzilli binalardakı istifadəsiz qalan mənzillərin satışı ilə bağlı detallar məlum olub.
Avtosfer.az-ın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin nümayəndəsi Adil Əkbərov bildirib.
Onun sözlərinə görə mənzillərin ödənişi nağd şəkildə olacaq:
“Evlərin satışı ilə bağlı məhdudiyyət yoxdur. Hər kəs müraciət edib, ala bilərlər. Proses yanvarın 23-də saat 10:00-da başlayacaq. Beş qəsəbədə, beş layihə, 101 bina və 1662 mənzildən ibarət bir satış nəzərdə tutulur. Proses “ms.sosial.gov.az” elektron portalı vasitəsi ilə həyata keçiriləcək. Hər kompleks və binalar barədə məlumatlar orada yerləşdirilib. Ödəniş nağd olacaq, amma vətəndaşlar mənzilləri ipoteka ilə də əldə edə bilərlər”.
O qeyd edib ki, bir adam bir neçə mənzili bron edə və ala bilər:
“Sistem evi kimin birinci bron etdiyini müəyyənləşdirir və şəxsi kabinetinə bildiriş gəlir. 10 gün ərzində mənzili almadıqda, onu ikinci bron edən şəxs ala bilər”.
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












