Banner

Keçmiş məhkum qəbiristanlıqda bıçaqlandı

Gündəm 9 İyun 2020 10:18 Oxunub 794
Keçmiş məhkum qəbiristanlıqda bıçaqlandı
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Avtosfer.az xəbər verir ki, hadisə iyunun 8-i saat 21 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. 

Ramana qəsəbə sakini, 1983-cü il təvəllüdlü İlham Nağıyev naməlum şəxs tərəfindən bıçaqlanıb. İ.Nağıyev xəstəxanaya yerləşdirilib. 

Faktla bağlı cinayət işi başlanılıb, cinayəti törədən şəxsin aşkar edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Zərərçəkən İ.Nağıyev əvvəllər məhkumluq həyatı yaşayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh