Kənd Təsərrüfatı Nazirliyinin mikroavtobusları səyyar xidmətə başlayıb

Kənd Təsərrüfatı Nazirliyinin müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobusları bölgələrdə vətəndaşlara səyyar xidmət göstərməyə başlayıb.
İlk aqrar səyyar xidmət İsmayıllı rayonunun Talıstan kəndində təşkil olunub. Səyyar xidmət zamanı Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatdan keçmiş, torpaq məlumatlarını və payızlıq əkinləri bəyan etmiş 200 fermerə “Fermer kartı” verilib.
Sabahdan etibarən 6 səyyar xidmət mikroavtobusu müxtəlif bölgələrdə eyni vaxtda xidmətə başlayacaq. Xidməti həyata keçirəcək İT mütəxəssisləri, Aqrar İnkişaf Könüllüləri, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin (DAİM) əməkdaşları və sürücülər xüsusi təlimlərə cəlb olunublar.
Mikroavtobuslar növbə sistemi, müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmət bölgələr üzrə qrafik əsasında təşkil olunacaq və xidmətin təşkili barədə DAİM-lər tərəfindən fermerlərə məlumat veriləcək.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












