Kəşfiyyat-axtarış gəmisi Aralıq dənizinin şərqində fəaliyyət göstərəcək

Türkiyənin “Oruç Reis” kəşfiyyat-axtarış gəmisi “Ataman” və “Cengiz Han” gəmiləri ilə birlikdə Aralıq dənizinin şərqində Kipr adası sahillərində seysmik araşdırmalar aparacaq. Bunla bağlı avqustun 23-dək yeni “Navtex” (dənizçilərə elan) elan edilib.
“Oruç Reis” seysmik gəmisi kontinental sahə və təbii qaynaq axtarışları başda olmaqla, 2 və 3 ölçülü bir sıra araşdırmalar aparmaq imkanı olan mexanizmlərə malikdir. Belə ki, bu gəmi 8 min metr dərinliyə qədər 3 ölçülü, 15 min metr dərinliyə qədər isə 2 ölçülü seysmik əməliyyatlar reallaşdırır. “Oruç Reis” dünyada tam təchizatlı və çoxməqsədli nadir araşdırma gəmilərindən biridir.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Fateh Dönməz “Oruç Reis” seysmik araşdırma gəmisinin yeni xidmətinə başlamaq üçün çıxdığı Antalyadan artıq Aralıq dənizinin şərqinə çatdığı barədə məlumat verərək bildirib ki, Türkiyənin enerji təhlükəsizliyini qorunmaq üçün Aralıq və Qara dənizlərində işlər fasiləsiz olaraq davam edəcək. (AZƏRTAC)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












