"KİA" ilə sərxoş halda qəza törədən sürücü həbs edilib - Şabranda

Polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Şabran rayonu ərazisində sərxoş halda yol nəqliyyat hadisəsi törədərək 3 şəxsin ölümünə səbəb olan sürücü cinayət məsuliyyətinə cəlb edlib.
Baş Prokurorluqdan Avtosfer.az-a verilən məlumata görə, aprelin 10-da saat 21 radələrində 1984-cü il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin 263.1 və 263.2-ci maddələri ilə məhkum olunmuş Bəxtiyar Şahverdiyevin sərxoş halda idarə etdiyi “KİA” markalı 10-BX-090 dövlət qeydiyyat nişanlı avtomobillə Şabran rayonu ərazisində hərəkətdə olarkən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını kobud surətdə pozaraq sərnişinlər - Elnur Babayev, Cəlal Babayev və Vüsal Zəkiyevin vəfat etmələrinə, İsmayıl Zəkiyev və Ramin Əzməmmədovun isə müxtəlif dərəcəli bədən xəsarətləri almalarına səbəb olması faktı üzrə Şabran rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.
B.Şahverdiyevə Cinayət Məcəlləsinin həmin maddəsi ilə ittiham elan edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Namiq Musayev
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










