Kiçik mühərrikli avtomobillər sığorta olunmur? - VİDEO

Son dövrlərdə ölkəmizdə mühərrikinin həcmi kiçik olan minik avtomobillərinin sahiblərinin icbari sığorta şəhadətnaməsi əldə etməsində ciddi problemlər müşahidə olunur.
Demək olar ki, bütün sığorta şirkətləri və sığorta agentlikləri belə avtomobillərin sahiblərinə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər. Səbəb isə bu avtomobillərin taksi kimi istifadə edilməsi və bu səbəbdən də daha çox qəza riskilə üzləşməsidir.
Baku TV-nin əməkdaşı məsələnin təfərrüatını öyrənmək üçün bir neçə sığorta şirkəti ilə əlaqə saxlayıb.
O, müştəri qismində şirkətlərə müraciət edərək kiçik mühərrikli avtomobil sığorta etmək istədiyini bildirib. Şirkətlərdən verilən cavabda isə sistemdə problem olduğunu qeyd ediblər.
Sığorta eksperti Əli Bayramov mövzu ilə bağlı deyib ki, sığorta şirkətləri mühərrikinin həcmi 2,5-ə qədər olan avtomobillərə sığorta şəhadətnaməsi verməkdən imtina edirlər: “Əslində qanunvericiliyin tələbinə baxsaq, sığorta şirkətləri əsla imtina edə bilməzlər”.
Daha ətraflı süjetdə:
Prezident İlham Əliyev AQEM-in Zirvə Görüşündən paylaşım edib - VİDEO
Qanunda dəyişiklik; erkən evliliklə bağlı qaydalar sərtləşdirilməlidir? – SORĞU – VİDEO
Özbəkistanda maraqlı qayda: Erkən nikahla bağlı məlumat ver, pul qazan
Yasamalda səkilər niyə genişləndirilmir? – RƏSMİ AÇIQLAMA
Dövlət və özəl sektorda iş saatları dəyişdirilə bilər? – Deputatdan TƏKLİF
Bakıda AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - FOTOLAR - YENİLƏNİB
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO












