"Kiçiktutumlu avtobuslar şəhərətrafı ictimai nəqliyyatın yenilənməsinə müsbət təsir göstərəcək" - RƏY

İctimai nəqliyyat problemi şəhərətrafı kənd və qəsəbələrdə hələ də qalmaqdadır. Avtobus sayının kifayət etməməsi və sərnişin sıxlığı problemlərinin həlli ilə bağlı Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən bir sıra işlər görülür. Agentliyin İdarə Heyətinin sədri Vüsal Kərimli Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində sözügedən problemin həlli üçün 115 kiçik tutumlu avtobusun sifariş verildiyini və gətirilməsinin nəzərdə tutulduğunu bildirdi. Bəs bu addım şəhərətrafı ərazilərdə müntəzəm marşrut xətti ilə bağlı problemlərin həllinə necə təsir edəcək?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirdi ki, şəhərin mərkəzində avtobus parkı yenilənib və vəziyyət qənaətbəxşdir: "Şəhərətrafı ərazilərdə isə avtobus parkının yenilənməsinə ehtiyac var. Xüsusən də, böyük qəsəbələrdə marşrutların vəziyyəti o qədər də ürəkaçan deyil. Problemin həlli ilə bağlı BNA tərəfindən Bakıətrafı kənd və qəsəbələr üçün 115 kiçiktutumlu avtobusun gətirilməsi nəzərdə tutulur. Bu addım avtobus parkının yenilənməsinə və artmasına müsbət təsir göstərəcək. Həmçinin infrastruktur parametrlərinə uyğun avtobusların gətirilməsi əsas hədəfdir. 18 və 12 metrlik iritutumlu avtobusların kənd və qəbələrdə manevr etmək imkanları məhdud olduğundan 9 metrlik kiçiktutumlu avtobusların gətirilməsi məqsədəuyğundur. Buna görə də, yeni avtobusların gətirilməsi problemi həll edəcək".
Şəhərətrafı ərazilərdə və qəbələrdə sıxlıq probleminə də toxunan ekspert bildirdi ki, avtobusların normal hərəkətinin təmin olunması üçün xüsusi zolaqların yaradılmasına ehtiyac var: "Avtobus zolağının olması avtobusların hərəkət intervalında problemin yaranmasının qarşısını ala və sıxlıq olduqda belə, avtobusun öz zolağı ilə hərəkət etməsini təmin edə bilər. Digər məsələ isə odur ki, nəqliyyat növləri arasında inteqrasiya zəifdir və ictimai nəqliyyatın yükünün qismən paylaşdırılmasına ehtiyac var. Bu baxımdan avtobus, elektrik qatarı və metronun paralel fəaliyyət göstərməsi üçün multimodal habların tez zamanda tikilib istifadəyə verilməsinə ehtiyac var".
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO












