Kişmişin içərisindən 5 kiloqram narkotik çıxdı - FOTO

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə İrandan Ukraynaya "Volvo" markalı yük avtomobilində külli miqdarda narkotik vasitələrin gömrük nəzarətindən gizlədilərək aparılacağı barədə əməliyyat məlumatı daxil olub.
Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, Astara gömrük postunda saxlanılan nəqliyyat vasitəsinin Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Ukraynada fəaliyyət göstərən şirkətlərdən birinin ünvanına “kişmiş” yükü apardığı məlum olub.
Ukrayna Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsi saxlanııb və “Volter” ləqəbli kinoloji xidmət iti tətbiq edilməklə yoxlama həyata keçirilib. Bu zaman xidməti it xüsusi işarə və hərəkətlərlə yük maşının qoşqusunun ətraflarına reaksiya verib.
Baxış zamanı “kişmiş” yükünün içərisində gizlədilən xırda formalarda, ümumi çəkisi 5 kiloqram 200 qram olan qara rəngli, kəskin iyli narkotik vasitə - tiryək aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Namiq Musayev




Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












