KİV: Sərhəddə döyüşlər Paşinyanın oğlunun tərxis olunmasından üç gün sonra başlayıb

Azərbaycan-Ermənistan sərhədində gərginlik Ermənistanın baş naziri Nikol Paşinyanın oğlunun ordudan tərxis olunmasından üç gün sonra başlayıb.
Bu barədə “Qazeta.ru”da dərc olunan məqalədə bildirilir.
“Müşahidəçilər qeyd edirlər ki, Azərbaycanla silahlı toqquşma Paşinyanın oğlu Aşotun ordudan tərxis olunmasından üç gün sonra baş verib. Baş nazirin tənqidçiləri bu məqamı təsadüfi saymır və hesab edirlər ki, Paşinyan hərbi-siyasi qərarlar qəbul edərkən tez-tez şəxsi maraqlarını ön plana çəkir. Axı Paşinyanın oğlu xidmət edərkən vəziyyət sakit idi və birdən gözlənilmədən gərginlik yarandı”, - məqalədə deyilir.
Məqalənin müəllifi qeyd edir ki, təxribatların əsl məqsədi Paşinyanın Ermənistan əhalisini daxili problemlərdən yayındırmaq niyyətidir.
Rusiya İnnovativ İnkişaf İnstitutunun Strateji Təhlil Mərkəzinin rəhbəri, məşhur rusiyalı politoloq Andrey İvanov məsələ ilə bağlı deyib ki, Paşinyan Ermənistandakı iqtisadi böhranın öhdəsindən gələ bilmədi, vətəndaşlarına heç bir nailiyyət nümayiş etdirə bilmədi, buna görə də açıq siyasi təxribatlara əl atdı: "Bu yolla Ermənistanın baş naziri əhalinin diqqətini bu günə qədər yığılıb qalan daxili problemlərdən, o cümlədən iqtisadi problemlərdən yayındırmağa çalışır”. (“Report”)

Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












