KİVDF qəzetlər üçün müsabiqə şərtlərini və pul məbləğini AÇIQLADI

Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) açıqladığı yeni qaydalara əsasən, qəzet redaksiyalarına maliyyə yardımı göstərilməsi üçün müsabiqə elan olunan günədək son 1 il ərzində müntəzəm nəşr olunan, 2000 nüsxəlik birdəfəlik tirajı və 1500 nüsxəlik abunə və satışı olan qəzetlər müsabiqədə iştirak edə bilərlər.
Bu barədə KİVDF-nin mətbuat katibi İlkin Nadirov məlumat verib. O qeyd edib ki, qəzetlərin birdəfəlik tirajı və yayımına (abunə və satışına) dair tələblər avqust ayı ərzində 50 (əlli) faizədək azaldıla bilər:“ Müsabiqədə iştirak edərək qalib elan edilən gündəlik (həftədə azı beş dəfə) çap olunan qəzetlərin hər birinə aylıq 20 000 (iyirmi min) manat, günaşırı (həftədə azı üç dəfə) çap olunan qəzetlərin hər birinə aylıq 10 000 (on min) manat, həftəlik (həftədə azı bir dəfə) çap olunan qəzetlərin hər birinə isə 5 000 (beş min) manat məbləğində maliyyə yardımının göstərilməsi nəzərdə tutulub.
Təsdiq edilmiş qaydalara əsasən, həftədə azı beş dəfə çap olunan qəzetlər tərəfindən 3, həftədə azı üç dəfə çap olunan qəzetlər tərəfindən 2, həftədə azı bir dəfə çap olunan qəzetlər tərəfindən 1 sahə üzrə layihələrin icrası həyata keçirilməlidir.
Bu, redaksiyaların yaradıcılıq imkanlarından daha geniş istifadə edilməsinə şərait yaradacaqdır”.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












