"Klub prezidenti mənə 100 minlik avtomobil bağışladı"

"Neftçi"nin sabiq futbolçusu Marian Aliuta Ukraynanın "Şaxtyor" (Donetsk) klubunda çıxış edərkən aldığı bahalı hədiyyədən danışıb.
Rumıniyalı veteran yarımmüdafiəçi ölkəsinin mətbuatına açıqlamasında 2000 - 2002-ci illərdə çıxış etdiyi Donetsk təmsilçisinin o vaxtkı prezidenti Rinat Axmetovun ona 100 000 avro dəyərində avtomobil bağışladığını bildirib.
Aliutanın sözlərinə görə, həmin hadisə məşqdən sonra baş verib: "Axmetov mənə yaxınlaşıb komandadakı vəziyyətimdən razı olub-olmadığımı soruşdu. Əlbəttə, oradakı bonusların Rumıniyadakı illik əməkhaqqım qədər olduğunu nəzərə alanda məmnun idim. Ona dedim ki, BMW M5 markalı avtomobil görmüşəm, çox xoşuma gəlir. Həmin vaxt heç bir maşının 100 000 avro qiyməti yox idi. Axmetov dərhal həmin avtomobili gətirmək üçün kimisə göndərdi. Məşq bitəndə artıq maşın məndə idi. "Şaxtyor"da hər şey mümkün idi. Ödənişlər yalnız nəğd şəkildə edilirdi. Mən isə hamısını banka qoyurdum".
Qeyd edək ki, Marian Aliutanın son klubu 2008 - 2010-cu illərdə formasını geyindiyi "Neftçi" olub. ("Report")
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












