Komitə sədrindən sahibkarlara TÖVSİYYƏ

"Koronavirus epidemiyasının bu miqyasda yayılması iqtisadiyyatda yeni və uzunmüddətli olacaq reallıqlar yaratmaqdadır".
Avtosfer.az Modern.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili deyib.
Komitə sədri bildirib ki, virus artıq iqtisadi çətinliklərə səbəb olmaqdadır. Ola biləcək iqtisadi böhran həm də yeni imkanlar deməkdir. Amma bu imkanlardan yalnız bacarıqlı və kritik düşüncə tərzinə malik olanlar faydalana bilirlər. Təhlillər hər bir sahibkara innovativ, çevik biznes fəaliyyətə hazır olmağın vacibliyini göstərir.
T.Mirkişili qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda məhdudlaşdırıcı tədbirlərin tətbiq olunması sahibkarlar üçün bəzi çətinliklər yaradacaqdır. İtkiləri kompensasiya etmək və yeni biznes metodları yaratmaq üçün sahibkarlara aşağıdakı tövsiyyələri vermək istərdim:
1. Vətəndaşlara evdən çıxmadan sizin xidmətlərdən istifadə etmək üçün onlayn platformalar yaradın. “Onlayn həkim”, “onlayn müəllim”, “onlayn repetitor”, “taksi”, “onlayn kino”, “fərdi idman zalı”, “çatdırma”, “təmizləyici və dezinfeksiya”, “kommunal xidmətçi”, “analiz” və s kimi xidmətlərə böyül tələbat yaranacaqdır.
2. Bu platformalarda vətəndaşların mal və xidmətlər əldə etmək, onlayn ödəmək üçün rahat imkanlar yaradın.
3. Vətəndaşlarla əlaqə, onlayn məsləhət, video əlaqələr kimi əlaqə kanallarını yaradın.
4. Vətəndaşlara mal və xidmətləri onlara evlərində təqdim etmək üçün sürətli kuryer və ya çatdırma xidmətlərindən geniş istifadə edin.
5. Öz əməkdaşlarınızın evdən işləyə bilməsi üçün informasiya texnologiyalarının imkanlarından maksimum istifadə edin, fəaliyyətinizi tam elektronlaşdırın.
Bu cür hadisələr iqtisadi subyektlerin stress testə məruz qalmasını labüd edir. Ənənəvi medotlardan uzaqlaşa bilməyən sahibkarlar müflis olur, çevik, dəyişkən və innovativ sahibkarlar isə daha çox inkişaf edirlər. Çalışın innovativ olun ki, biznesiniz xəstələnməsin.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












