Kondisioner virusun havada dövr etməsinə təkan verir - TƏBİB

TƏBİB-in tövsiyəsinə əsasən, sərnişin avtobuslarında havanı daxildə dövr etdirən sərinləndirmə sistemlərinin işə salınmasına məhdudiyyət qoyulub. Belə ki, sərinləndirmə sisteminin COVID-19 infeksiyasının yayılma riskini artırdığı qeyd olunur.
Məsələni Avtosfer.az saytına şərh edən Nazirlər Kabineti yanında operativ qərargahın üzvü, TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev bildirib ki, kondisionerlərin çalışdığı ictimai nəqliyyatda virusa yoluxma ehtimalı çoxdur:
"Avtobus salonlarında hava davamlı olaraq sirkulyasiya etdiyi üçün daxilindəki hava kondisionerlər vasitəsilə tənzimlənir və içəridə hava dövranı daimi olur. Beləliklə, salonun daxilindəki hava sərinləndirmə sisteminə təmas edir. Bu zaman avtobus salonunda hər hansı virus təhlükəsi olan bir insanın asqırması və ya öskürməsi nəticəsində virus havaya nüfuz edir. Daha sonra isə hava vasitəsilə kondisionerə daxil olaraq bir müddət burada yaşayır. Məlumdur ki, yeni növ koronavirus canlılığını bir neçə saat, hətta 8 saata yaxın saxlaya bilir ki, plastik materialda virusun ömrünun daha uzun olduğunu deyə bilərik".
V. Əliyevin sözlərinə görə, virus kondisionerdə qaldığı müddətdə yenidən hava dövriyyəsi vasitəsilə digər insanları yoluxdura bilər: "Hava sirkulyasiyasında virusun daha başqa insanları yoluxdurma ehtimalı böyükdür. Çünki hava dövranı zamanı insanlar eyni havanı təkrarən tənəffüs yolu ilə qəbul edir. Buna görə də, kondisioner bir növ virusun sirkulyasiyasına da təkan vermiş olur. Nəticədə, deyə bilərik ki, kondisionerlərin istifadəsi risklidir və virusun yoluxma ehtimalını daha da artıra bilər. TƏBİB sözügedən risk ilə bağlı olaraq bu şəkildə tövsiyə verib".
Emin
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










