Konteyner qatarı Çindən Türkiyəyə rekord qısa müddətdə çatdırılıb

Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri - ADY Konteyner (Azərbaycan), KTZ Express (Qazaxıstan), GR Logistics (Gürcüstan) və Pasifik Eurasia Logistics (Türkiyə) Çinin Sian şəhərindən çıxan konteyner qatarının Türkiyənin İzmit şəhərinə rekord qısa müddətdə çatdırılmasını təmin ediblər.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin törəmə müəssisəsi olan "ADY Konteyner"dən bildirilib.
Məlumata görə, müxtəlif yüklərin daşındığı 43 ədəd qırx futluq konteynerdən ibarət qatarı Qazaxıstanın Aktau limanından Bakı limanına operatoru “ADY Konteyner” şirkəti olan “Beket-Ata” fider gəmisi ilə çatdırılıb.
Burada isə qısa zaman ərzində konteynerlər platformalara yüklənərək Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) vasitəsilə Türkiyə istiqamətində yola salınıb.
Qatar Bakı Limanından Böyük Kəsik stansiyasına qədər olan məsafəni rekord qısa zamanda – 14 saata (normativ 24 saat), yəni 10 saat tez qət edib. Qatar marşrutun Türkiyə ərazisindəki hissəsini 50 saata qət edib. Bu isə normativdən 70 saat tez deməkdir.
Qeyd edək ki, epidemioloji vəziyyətlə əlaqədar yaranmış bəzi çətinliklərə baxmayaraq, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə (TBNM) yükdaşımalar sanitar – epidemioloji normalara riayət edilməklə fasiləsiz olaraq davam etdirilir.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












