Koreyadan Azərbaycana 350 min qoruyucu maska gətirildi - FOTO

Koreya hökuməti tərəfindən koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycana göndərilən ümumi dəyəri 300 min ABŞ dolları təşkil edən 350 min ədəd qoruyucu KF94 maskası Bakıya çatdırılıb. Humanitar yardımın hava limanında qəbulu mərasimində Koreyanın ölkəmizdəki səfirliyinin müşaviri Lim Jean Hyuk və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Qulu iştirak ediblər.
Koreyanın ölkəmizdəki səfiri Kim Tonq Op ölkəmizdə pandemiyaya qarşı aparılan mübarizə tədbirlərini dəstəkləyərək bu mübarizədə birgə əməkdaşlığın iki ölkə xalqlarının dostluq münasibətlərinin ifadəsi kimi dəyərləndirib.
Qeyd edək ki, Koreya Azərbaycana maska dəstəyi ilə yanaşı, bu ilin aprel ayında Bakı şəhərində məskunlaşmış bir qisim məcburi köçkünə - yaşı 65-dən yuxarı olan ahıl, tənha şəxslər və şəhid ailələrinə müxtəlif ərzaq və tibbi yardım göstərib. Eləcə də Koreya hökuməti tərəfindən Azərbaycana xəstəxana həyətlərində testlərin həyata keçirilməsi üçün quraşdırılan kiçik “Walkthrough” köşklərinin quraşdırılmasında dəstək verəcəyi də planlaşdırılır. ("Report")


Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı












