“Koroğlu” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq ediləcək

Sabah Bakı Olimpiya Stadionunda keçiriləcək məşhur “İmagine Dragons” qrupunun konsert proqramına marağı və təşkilat komitəsinin müraciətini nəzərə alaraq, Bakı metropolitenində bir sıra tədbirlər hazırlanıb.
Avtosfer.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən verdiyi məlumata görə, konsertin başlanma vaxtı ərəfəsində Bakı metropoliteninin kütləvi-mədəni tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, “Koroğlu” stansiyası gücləndirilmiş iş rejimi şəraitinə keçiriləcək.
Stansiyada operativ qərargah fəaliyyət göstərməklə zəruri tənzimləmələr aparılacaq. Əlavə işçi qüvvəsi stansiyadan arenaya gedən sərnişinlərin səmti rahat müəyyən etməsi və nizamlı hərəkətinin təşkili məqsədilə fəaliyyət göstərəcək.
Sərnişin axınının tənzimlənməsi məqsədilə axşam saatlarından Yaşıl və Qırmızı xətlər üzrə ehtiyat qatarlar xəttə veriləcək və müntəzəm sərnişindaşıma prosesinə cəlb ediləcək.
Konsert başa çatdıqdan sonra “Koroğlu” stansiyasına daxil olan sərnişinlərin nizamlı hərəkəti, gedəcəyi istiqaməti rahat müəyyən etməsi və platforma boyunca bərabər paylanması üçün ehtiyat işçi qüvvəsi müxtəlif zonalarda tənzimlənmiş fəaliyyət göstərəcək.
Həmin vaxt “Koroğlu” stansiyasında daşıma prosesinin operativliyinin təşkili və buradan yola salınan qatarların hərəkəti xüsusi qaydada tənzimlənəcək. Sərnişinlərin rahat və təhlükəsiz daşınmasını təmin etmək üçün ehtiyat qatarların sayı daha da artırılacaq və bununla xətlərdə qatarların hərəkəti intensivləşdiriləcək.
Konsert proqramının başa çatması nəzərə alınmaqla, metropolitenin iş rejiminin qısa müddətlik uzadılmasının mümkünlüyü diqqətdə saxlanılacaq.
Bakıda keçiriləcək sammitdə hansı məsələlər müzakirə olunacaq? – POLİTOLOQ
Bakı Funikulyoru ictimai nəqliyyat sisteminə qoşulsun – Ekpertdən TƏKLİF
150 manat cərimə oluna bilərsiniz - Sürücülərin diqqətinə!
Türkiyədə “ərəbləşmə” və “mollalaşma” müzakirələri – Azərbaycan məsələsi niyə gündəmdədir?
İlham Əliyevin ilk dəfə Prezident seçilməsindən 23 il ötür - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
İlham Əliyevin adından AQEM iştirakçılarının şərəfinə şam yeməyi verilib - FOTO
İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA












