Koronavirus Azərbaycanın hansı bölgəsində daha çox yayılıb? - STATİSTİKA

Azərbaycanda COVID-19-a yoluxma hallarının rayon və şəhərlər üzrə yeni statistikası açıqlanıb. Yoluxmanın 55,1 %-i Bakının payına düşür.
Sonrakı yerlərdə 16,3%-lə Abşeron, 8,4%-lə Gəncə-Qazax, 7,5%-lə Aran, 5,8%-lə Lənkəran, 1,6%-lə Quba-Xaçmaz, 1,4%-lə Şəki-Zaqatala, 1,2%-lə Yuxarı Qarabağ, 1,2%-lə Dağlıq Şirvan qərarlaşıb. Bu dəfə Naxçıvan Muxtar Respublikasında yeni yoluxma faktı qeydə alınmayıb.
Ölkə xaricindən gələn şəxslərin isə 1,3 faizi virusa yoluxub.
Bakının rayonlarına ən yüksək göstərici Binəqədidə (12,8%) qeydə alınıb. Sonrakı yerdə 12,4%-lə Yasamal, 11,9%-lə Xətai, 11,8%-lə Sabunçu, 10,4%-lə Nəsimi, 8,8%-lə Nərimanov, 8,7%-lə Suraxanı, 8,2%-lə Nizami, 5,7%-lə Qaradağ, 4,7%-lə Səbail, 4,2%-lə Xəzərdə, 0,3%-lə Pirallahı gəlir.
Aktiv halların ərazi üzrə bölgüsünə gəlincə, bu göstərici Bakıda 57%, Sumqayıtda 15%, Abşeronda 6%, Gəncədə 3%, Cəlilabadda 2%, Lənkəran, Masallı və Yevlaxda 1%, digər regionlarda isə ümumi olaraq 14% təşkil edir.
Qeyd edək ki, bu günədək Azərbaycanda ümumilikdə 20 837 nəfər virusa yoluxub. Onlardan 12 182 nəfəri sağalıb, 258-i isə dünyasını dəyişib. Aktiv koronavirus xəstələrinin sayı 8 397 nəfər təşkil edir. Ümumilikdə isə 522 773 müayinə aparılıb. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












