Koronavirus bəlası BU TARİXDƏ bitəcək - Elan edildi

Böyük Britaniyanın Baş naziri Boris Conson bəyan edib ki, krallıqda koronavirusun yayılmasının qarşısı 12 həftə ərzində alına bilər. Avtosfer.az-ın Publika.az-a istinadən məlumatına görə, o bildirib ki, 12 həftədən sonra vəziyyətin yaxşı mənada dəyişəyəcəyinə ümidlər böyükdür. Hökumət başçısının sözlərinə görə, vəziyyət normallaşandan sonra ehtiyatı əldən vermək olmaz. “Böhranın bitdiyini düşünüb səhlənkarlıq etmək olmaz. Bəlkə də bu problemin tamamilə aradan qalxması illər ala bilər” - deyə Conson bildirib.
Britaniyalı alimlər isə hesab edir ki, koronavirusa qarşı qabaqlayıcı tədbirlərin olmaması dünya ölkələrində vəziyyətin ağırlaşmasına səbəb olub.
Elm adamlarına görə, vəziyyətdən çıxmaq üçün 3 yol var: Peyvəndin tətbiq olunması, virusa qarşı kütləvi şəkildə insanlarda immunitetin formalaşması və insanların özlərinin aldığı tədbirlər. Alimlərin sözlərinə görə, hər 3 tədbir virusa qarşı mübarizədə effektli olacaq.
Bildirilir ki, təsiredici peyvəndin hazırlanması 12-18 ay ala bilər. İmmunitetin formalaşması üçün 2 ilə ehtiyacın olduğu güman edilir. Demək ki, ən pis halda koronavirus təhlükəsi 2 il davam edə bilər.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











