Koronavirus gözə necə təsir edir?

Rusiya Dövlət Dumasının Sağlamlığın qorunması komitəsinin mütəxəssisi, həkim-oftalmoloq Tatyana Şılova koronavirusun görmə qabiliyyətinə təsirlərini açıqlayıb. Həkimin sözlərinə görə, gözlərin koronavirus üçün “giriş qapısı” olduğuna dair araşdırmalar mövcuddur: “Bizə bəzi virusların davranışları məlumdur. Onlar sadəcə gözün səthini deyil, həmçinin qana daxil olaraq daxili strukturunu zədələyirlər. Ona görə də virusun daxil olması nəticəsində gözün tor qişası, xoroid və görmə siniri zədələnə bilər. Bundan başqa, görmənin zəifləməsinə səbəb həmçinin koronavirusa qarşı istifadə edilən preparatlar da ola bilər".
T.Şilova nümunə kimi hidroksixlorini deyib: “O, göz qişasında dəyişikliklərə yol açıb, yəni görmə itiliyi, akkomodasiyanı (müxtəlif məsafələrdən görmə qabiliyyəti – red.) poza bilər, işıqdanqorxma əmələ gələ bilər, uzun müddət istifadədə isə retinopatiyaya səbəb ola bilər”. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











