Koronavirus mutasiyaya uğramağa başlayıb - Baş infeksionistdən ŞAD XƏBƏR

COVID-19 virusu mutasiyaya uğramağa başlayıb, amma bu, ilkin mülahizələrdir. Bu barədə respublikanın baş infeksionisti Cəlal İsayev bildirib. Baş infeksionist deyib ki, hələlik bu, bir neçə Avropa ölkə alimlərinin müşahidələrində əksini tapıb: “Alimlər deyir ki, koronavirusun kliniki gedişində müəyyən yumşalmalar var, amma hələlik bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən rəsmi məlumat açıqlanmayıb. Virusun mutasiyaya uğraması zamanı yumşalmaların olması gözləniləndir. Tarixdə də bu cür müşahidələr görünüb. SARS-1, MERS virusları 1-2 il aktiv oldu, daha sonra sönməyə başladı. Hazırda qeyd edilən virusa 1-2 yoluxma faktları olur.
Təbii, hamının arzusudur ki, COVID-19 virusu da mutasiyaya uğrayaraq, yox olsun. Amma bunun üçün də zaman lazımdır. Hər halda, ilkin müşahidələr COVID-19-un da mutasiyaya uğradığını deməyə əsas verir”.
C.İsayev bildirib ki, yaxın zamanlarda bizim ölkəmizdə qeydə alınan COVID-19 ağır gedişə malik idi: “Son dövrlərdə də ağır gedişli xəstələrimiz var. Virusun mutasiyaya uğraması fikirləri var, amma dəqiqliyilə öz təsdiqini tapmayıb. Bunun təsdiqlənməsi üçün bir neçə alimin apardığı tədqiqatların nəticələri müzakirə olunmalıdır”. (Modern.az)
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT
Sürücülərin parklanma problemi necə həll edilməlidir? - MÜTƏXƏSSİS
Bu məktəblərdə dərslər onlayn olacaq - RƏSMİ AÇIQLAMA










