Koronavirus olmasını gizlədən abituriyentlərin imtahan nəticələri ləğv edilə bilər

Dövlət İmtahan Mərkəzi (DİM) imtahan iştirakçılarının öz sağlamlıqları haqqında bəyannaməni hansı formada əldə edəcəklərini açıqlayıb. Mərkəzin mətbuat katibi Xanlar Xanlarzadə bildirib ki, abituriyentlər bəyannaməni elektron qaydada əldə edəcəklər. Abituriyentlər imtahanda iştirak üçün “İmtahana buraxılış vərəqəsi”ni əldə edərkən bəyannaməni də çap edə biləcəklər. Bəyannamədə imtahan iştirakçısının adı, familiyası, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi qeyd ediləcək: “Abituriyent həmin bəyannaməni imzalamaqla təsdiq edəcək ki, son 15 gün ərzində onun özündə və ailə üzvləri arasında koronavirusa yoluxma halı qeydə alınmayıb, koronavirusa yoluxmuş heç bir şəxslə təmasda olmayıb, imtahana gələrkən bədən temperaturu 37 dərəcədən aşağı olub, tənəffüs yollarının kəskin infeksiyası simptomları mövcud olmayıb”.
X.Xanlarzadə əlavə edib ki, imtahan iştirakçısı bəyannamədəki məlumatların tam və düzgün göstərilməsinə görə Azərbaycan qanunvericiliyinə uyğun olaraq, məsuliyyət daşıyacaq.
DİM rəsmisi bildirib ki, əgər abituriyentin özündə və ya ailə üzvlərində koronavirus olarsa və o, bu məlumatı qəsdən gizlədərsə, bu zaman abituriyentin imtahan nəticələri ləğv edilə bilər.
Bəyannamədə abituriyentə yanlış məlumatların verilməsinin imtahan nəticələrinin ləğvinə səbəb ola biləcəyi barədə məlumat verilir. Buna görə də abituriyent öz məsuliyyətini dərk edərək bəyannaməni təsdiq etməlidir.
X.Xanlarzadə onu da əlavə edib ki, hər imtahan günündən 5 gün əvvəl DİM-in saytından “İmtahana buraxılış vərəqəsi”ni çap etmək mümkün olacaq. Abituriyentlər həmin vərəqəni çap edərkən bəyannaməni də çap edə biləcəklər. (Trend)
Şuşada daşlara həkk olunan məsuliyyətsizlik: "Ayaq qoymağa qıymıram ki, şəhid qanı var" - VİDEO
Nikol Paşinyan Putinin hədələrindən çəkinmir - POLİTOLOQ
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Bölgələrdə vətəndaşlara təklif edilən güzəştli mənzillərin qimyətləri əhaliyə uyğundur? - İQTİSADÇI
Bakının yollarında təmir: Məqsəd tıxacın qarşısını almaqdır - Ekspert
Avtobuslarda “brutto müqavilə” dövrü: Sərnişinləri nə gözləyir?
Yeni yol Azərbaycan–Gürcüstan–Türkiyə daşımalarını sürətləndirəcək – EKSPERT
Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaq - Yeni yarış KEÇİRİLİR
"Brutto müqaviləsi"nin tətbiqi ictimai nəqliyyat sistemində nələri dəyişəcək? - DEPUTAT
Paytaxtın hansı küçələrində sıxlıq müşahidə olunur? - FOTO - YENİLƏNİB
Bağlanan yolların həm də ölkə iqtisadiyyatına zərəri var - EKSPERT










