“Koronavirus xəstəsi Azərbaycana müntəzəm marşrut xətti ilə daxil olmayıb”

“Gürcüstanda koronavirusa yoluxduğu deyilən şəxs İrandan Azərbaycana müntəzəm marşrut xətti ilə daxil olmayıb”. Avtosfer.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, Gürcüstana keçən 50 yaşlı koronavirus xəstəsi Azərbaycan ərazisində hər hansı müntəzəm marşrut xətlərindən istifadə etməyib: “Mikroavtobus Gürcüstana keçən zaman sərhəddə xəstəlik təşhis olunub”.
Qeyd edək ki, Gürcüstan mediası Marneuli sakini olan şəxsin yanında daha bir neçə nəfər də olduğunu və onların Azərbaycanda karantində saxlanıldığını bildirib. Marneuli sakininin yol yoldaşı isə Tbilisidə xəstəxanaya yerləşdirilsə də, onda koronavirus tapılmayıb.
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












