Koronavirusa qalib gələn ilk ölkə məlum oldu - FOTO

Qrenlandiya hökuməti ölkənin koronavirus üzərində qələbə qazandığını bildirib. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, bu barədə “Worldometers.info” saytında yerləşdirilən statistik məlumatda deyilir. Aprelin 4-dən bu günə kimi ölkədə virusa yeni yoluxma qeydə alınmayıb. Qrenlandiyada koronavirus diaqnozu qoyulmuş 11 nəfər isə artıq sağalıb. Virusun yayılması müddətində Qrenlandiyada 900 nəfər tibbi yoxlanışdan keçib. Ölkədə COVID-19 infeksiyasına ilk yoluxma martın 16-da qeydə alınıb.
Qrenlandiyanın baş naziri Kim Kilsen faktı təsdiqləyib. O, yeni yoluxma hallarının olmayacağı təqdirdə ölkə paytaxtının tədricən açılışı haqqında bildirib.
Qeyd edək ki, Qrenlandiya hazırda koronavirusdan ölüm hadisəsinin baş verməməsi ilə pandemiyaya qalib gələn ilk ölkədir. Koronavirus ilk dəfə ötən ilin dekabrında Çinin Uhan şəhərində aşkarlanıb. Hazırda COVID-19 infeksiyası 210 ölkədə və regionda qeydə alınıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO











