Koronavirusa qarşı vaksinin hazırlanacağı vaxt məlum oldu - RƏSMİ

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəladə vəziyyətlər üzrə proqram direktoru Maykl Rayan insanların 2021-ci ilin əvvəlindən tez olmayaraq koronavirusa qarşı vaksini almağa başlayacaqlarını bildirib.
Rayanın sözlərinə görə, COVID-19-a qarşı vaksinin hazırlanmasında irəliləyişə baxmayaraq, onun alınmasının müddəti ilə bağlı realist olmaq lazımdır.
"Real ssenari ilə insanlar vaksini növbəti ilin birinci yarısından tez olmayaraq almağa başlayacaqlar", - Rayan “Twitter”də yayımlanan çıxışının gedişatında deyib.
O, həmçinin qeyd edib ki, ÜST vaksinin hamı üçün əlçatan olmasının təminatı üzərində işləyir.
"Bu pandemiyadan vaksinlər zənginlər, kasıblar üçün deyil, onlar hamı üçündür", - Rayan əlavə edib.
Xatırladaq ki, koronavirus infeksiyası ilk dəfə ötən ilin sonlarında Çinin Uhan şəhərində yayılıb. Dünyada 15 milyondan çox insan bu virusun daşıyıcısı kimi qeydə alınıb. Bununla yanaşı, 622,5 mindən çox insan virusdan ölüb. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












