Koronavirusa qarşı yeni dərmanlar tapıldı

Cənubi Florida Universitetinin alimləri və onların Arizona Universitetindən olan həmkarları "SARS-CoV-2"yə qarşı bir neçə potensial dərman tapıblar. Aşkarlanmış birləşmələr insanın hüceyrələrində koronavirusun replikasiyasını dayandıra bilər. Tədqiqatçılar müəyyən ediblər ki, "FDA" tərəfindən təsdiqlənmiş hepatit C virusuna qarşı tətbiq edilən "boceprevir" dərmanı və viruslara qarşı istifadə olunan "GC-376" dərmanı virusun yayılmasında və yeni hüceyrələrin yoluxmasında əsas rol oynayan "Mpro" proteazını hədəf alır. Mütəxəssislər uzun müddətdir ki, "Mpro"nu "SARS" və "MERS"ə səbəb olan "SARS-CoV-2"yə genetik cəhətdən oxşar viruslara qarşı yönəlmiş dərmanların hədəfi kimi qəbul edirlər. "GC-376" yoluxucu peritonitə səbəb olan ölümcül koronavirusa yoluxmuş pişiklərin müalicəsi üçün potensial dərmandır. Koronavirusa qarşı dərmanlar arasında həmçinin "calpain II" və "calpain XII" inhibitorları da yer alıblar. (Modern.az)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












