Koronavirusa yoluxan polislərlə bağlı daha bir AÇIQLAMA

"Bu gün həkimlərlə yanaşı, polislər də koronavirusla mübarizədə ön cəbhədədirlər. Bunlar xüsusi risk qrupuna aiddirlər. Polislər xüsusi ilə karantin rejimini pozmuş şəxslərlə ünsiyyətdə olurlar. Həmin insanlar da polis əməkdaşlarının koronavirusa yoluxmasına şərait yaradıb".
Avtosfer.az "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Əziz Baqişev AzTV-də çıxışı zamanı bildirib.
DİN rəsmisi qeyd edib ki, polis əməkdaşları arasında da koronavirusa yoluxma halları aşkar edilib:
"Həmin əməkdaşlar xüsusi tibbi müəssisələrdə müalicə alırlar. Bəzən sosial şəbəkələrdə polislərə qarşı lazımsız ifadələr işlədilir. Mən o vətəndaşlara müraciət etmək istəyirəm. Bir halda ki, o polis koronavirusa yoluxub, öz ailəsini də yoluxdurub. Belə hallar da var. Həmin polis əməkdaşları tibb müəssisələrində həyatda qalmaq uğrunda mübarizə apardığı bir halda, onlar barədə belə hörmətsiz ifadələr işlətməyi necə vicdanlarına sığışdırırlar? Belə şəxslərə bildirmək istəyirəm ki, hamısının şəxsiyyəti məlumdur və hər biri barəsində qanunvericilik müəyyən edilmiş qaydada ciddi tədbirlər görüləcək".
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”












