Koronavirusdan müalicəyə görə xeyli pul tələb etdilər

Birləşmiş Ştatlarda klinikalardan biri koronavirusdan sağaltdığı pasiyentdən 1 milyon ABŞ dollarından artıq pul tələb edib.
Olay Vaşinqton şəhərinin İssakua şəhərində baş verib.
Belə ki, koronavirus daşıyıcısı olan Maykl Flor ağır vəziyyətdə yerli klinikaya çatdırılıb. Ağciyərlərin süni ventilyasiyası cihazına qoşulan 70 yaşlı kişinin vəziyyəti o dərəcədə pis olub ki, yaxınlarının səsini sonuncu dəfə dinləmək üçün qulağına telefon belə gətiriblər. Bununla belə, M.Flor sağalıb və artıq Sietldəki evinə qayıdıb.
Ancaq müalicənin hesab çeki onun yenidən xəstəxanaya yerləşdirilməsinə səbəb ola bilərdi. Belə ki, 62 gün xəstəxanada müalicə alan kişi xəstəxanaya 1 122 501,04 ABŞ dolları ödəməlidir.
M.Florun sözlərinə görə, çek daha çox kitaba bənzəyir, çünki o, 181 səhifədən ibarətdir. Maraqlıdır ki, bu, heç yekun məbləğ belə deyil. Buraya bəzi xidmətlər daxil edilməyib. Xoşbəxtlikdən Maykl Florun sığortası onun borcunun böyük qismini qapadıb. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA












