Koronavirusdan ölən Teymur əminin yaxınları NƏZARƏTƏ GÖTÜRÜLÜB

"Teymur Mustafayev koronavirus səbəbi ilə dünyasını dəyişib". Avtosfer.az milli.az-a istinadən xəbər verir ki, bunu TƏBİB-in yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçdiyi brifinqdə deyib.
Həkim qaydaya əsasən mərhum Xalq artistinin yaxınlarının da nəzarətə götürüldüyünü bildirib: "Koronavirus biz insanların hansı bir vəzifəsinə, mənsubiyyətinə baxmır. Ona hər iki ağciyərin ciddi bir sətəlcəmi dioqnozu qoyulmuşdu. Reanimasiyada gündəlik mücadilə aparılmasına baxmayaraq vəziyyəti çox kritik idi. Bütün koronavirusdan vəfat edən insanların yaxınlarına, onunla təmas edən insanlar, ümumiyyətlə koronavirus testi pozitiv çıxan şəxslərin yaxınları mütləq qaydada nəzarətə götürülüb. Onlarda hər hansı bir əlamətlərin baş verməsi təqdirində mütləq "103" xidmətinə xəbər verilməsi xahiş olunur. Çünki xəstəlik gecikmiş formada olduğu halda həkimlərin də həmin insanı həyata qaytarmaq üçün cəhdləri fayda verməyə bilər".
Qeyd edək ki, Xalq artistinin nəvəsi Orxan Həsənli babasının koronovirusdan yox, şəkər xəstəliyindən dünyasını dəyişdiyini açıqlayıb: "Mən Teymur Mustafayevin nəvəsiyəm. Babamın koronovirusdan öldüyü yalan məlumatdır. Babam şəkərli diabetdən dünyasını dəyişib. Başqa məlumatlara inanmayın".
Məlumat üçün bildirək ki, Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də 82 yaşında vəfat edib. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi də T.Mustafayevin koronavirusdan öldüyünü açıqlayıb. T.Mustafayev bu gün doğulduğu Cəlilabad rayonunun Alar kənd qəbiristanlığında - həyat yoldaşı və oğlunun məzarı yanında torpağa tapşırılıb.
Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT












