Koronavirusdan ölüm faizini azaldan üsullar tapıldı

Koronavirusla bağlı ikiqat analiz bu xəstəlikdən ölüm faizini azaldacaq. Belə bir nəticə Çinin Hubey vilayətinin Elm və Sənət Universitetinin alimlərinin tədqiqatında açıqlanıb.
Qeyd edilir ki, pasiyentdə koronavirus infeksiyasının ağır keçməsi mümkünlüyünü PSR (xəstəliyin yaranması geninin mövcudluğunu göstərən polimeraz zəncir reaksiyası) və xəstəliyin başlanğıcında İFA (immunoferment analiz) testlərinin birgə istifadəsinin köməyi ilə proqnozlaşdırmaq olar.
Alimlər ağır xəstəliyi olan pasiyentlərdə orqanizmə koronavirusla mübarizə aparmağa imkan verən “IgM” kimi anticizimlərin (orqanizmə yad zülallar, bakteriyalar - red) yaranmasını müəyyənləşdiriblər.
Tədqiqatın nəticəsinə əsasən alınmış məlumatlara əsasən, bu tip anticismlər koronavirus üçün spesifikdir, amma yalnız COVID-19 pasiyentlərinin 82,2%-də mövcuddur. Bu, daha əvvəl PSR standart testi ilə təsdiq edilib. Bu halda digər 17,8% pasiyentin yarısında xəstəliyin ağır keçməsi müşahidə olunub. Onlar intensiv terapiya bölməsinə daxil olublar və orada üç gündən çox qalıblar.
Beləliklə, koronavirusla bağlı müsbət PSR analizindən sonra anticismlərin yoxlanılması xəstəliyin mümkün ağırlaşmasını proqnozlaşdırmağa və xəstələri xilas etmək üçün əvvəlcədən tədbirlər görməyə imkan verəcək.
Qeyd edək ki, yeni araşdırmanın nəticələri artıq Rusiya alimləri tərəfindən də qiymətləndirilib.
"Təklif edilmiş metodika böyük maraq doğurur, ancaq o pasiyentlərin kiçik hissəsində aparılıb, mənim fikrimcə, buna görə də infeksiyanın diaqnostikası vaxtı İFA (immunoferment analiz) imkanlarının daha genişmiqyaslı tədqiqatını aparmaq lazımdır", - deyə Rusiyanın Tümen Dövlət Universitetinin “X-Bio” İnstitutunun böyük elmi işçisi Mariya Orlova bildirib.
Ekspertin sözlərinə görə, ikiqat yoxlamanın tətbiqi risk qrupuna daxil olan yaşlı pasiyentlər üçün xüsusilə aktual olacaq. ("Report")
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO












