Koronavirusdan sağalan paytaxt sakini: “Özümü çox pis hiss edirdim, sanki ölü idim” - FOTO

Koronavirusa yoluxan zaman ilk üç gün ərzində özümü çox pis hiss edirdim, sanki ölü idim. Bunu koronavirus xəstəliyindən sağalan 1979-cu il təvəllüdlü Elçin Hüseynov bildirib. Onun sözlərinə görə, virus bütün ailədə aşkarlanıb, hamı sağalsa da, atasını xilas etmək mümkün olmayıb: “Xəstəliyin ilk simptomlarını Gəncədən Bakıya qayıdarkən hiss etdim. Bədənimdə üşütmə yarandı və maşını idarə edə bilmədiyimdən sükan arxasına atam keçdi. Bakıya gələndən bir neçə gün sonra xəstəlik ağırlaşdığından təcili tibbi yardım çağırdıq və bizdən analizlər götürdülər. İlk analizlərin cavabında atam, anam və məndə neqativ çıxdı, ancaq 6 yaşlı oğlum və yoldaşımda pozitiv oldu. Onları dərhal Qara Qarayev adına xəstəxanaya yerləşdirdilər”.
E.Hüseynov qeyd edib ki, bir müddət sonra valideynləri və özündə vəziyyət ağırlaşıb, nəticədə onları Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna yerləşdirdilər: “Bir müddət Ağciyər Xəstəlikləri İnstitutunda qaldıqdan sonra atamla məni Mərkəzi Neftçilər Xəstəxanasına köçürdülər. Təəssüf ki, atam müalicəsinin 15-ci günündə dünyasını dəyişdi. Anam Ağciyər Xəstəlikləri İnstitutunda 16 gün müalicə olunduqdan sonra sağaldı və onu evə buraxdılar, mən isə 27-ci günümdə evə yola salındım”.
Elçin Hüseynov əlavə edib ki, müalicə dövründə onda əsasən bronxlarda problem olub, ancaq fədakar həkimlərin sayəsində o, bu günləri geridə qoyub: “Xəstəliyin ilk üç günündə vəziyyətim çox pis idi, sanki bir ölü idim. Ancaq Mərkəzi Neftçilər Xəstəxanasının həkimləri bizimlə öz doğmaları kimi davranırdılar. Daim yanımızda idilər, bütün gücləri ilə bizə yardım olurdular. Ümumiyyətlə, belə başa düşdüm ki, bu xəstəlik hər bir insanda müxtəlif formada özünü göstərir. Belə ki, məndə ümumiyyətlə qızdırma olmadı, yalnız bronxlarımda problem var idi. Atamda isə xəsətlik qızdırma ilə özünü göstərmişdi". (Trend)





Müharibənin mərkəzindəki İordaniy ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT











