Koronavirusla bağlı mübahisəli məsələlər haqqında rəsmi açıqlama

“Biz bu virusu sadəcə 3 aydır tanıyırıq. İsti havada koronavirusun yoxa çıxdığına dair fikirlər var, amma digər tərəfdən infeksiya isti ölkələrdə də aşkarlanıb. Bu məsələdə araşdırmalarımız davam edir”. Avtosfer.az “Report”a istinad’n xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sözçüsü Kristian Lindmayer koronavirus ətrafında yaranmış iddialara və mübahisəli məqamlara münasibət bildirərkən deyib.
Türkiyənin NTV kanalına danışan təşkilat rəsmisi isti havada koronavirusun yoxa çıxdığına dair iddianın hələlik dəqiq olmadığını bildirib.
Bundan başqa, K.Lindmayer pandemiyanın hazırda hansı dövründə olduğuna dair suala da cavab verib: “Hazırda 1 milyondan çox koronavirus hadisəsi qeydə alınıb. Bu, çox böyük rəqəmdir. Bəzi ölkələrdə virus, ümumiyyətlə daha yeni yayılmağa başlayır. Digər tərəfdən, İtaliya, İspaniya və Fransada koronavirusdan günlük yoluxma hallarında azalma da görürük. Bu yaxşı xəbərdir. Sadəcə bəlli olan budur ki, pandemiyanın son nöqtəsindən hələ çox uzağıq”.
ÜST-nin rəsmisi koronavirusa qarşı vaksinin hələlik sınaq mərhələsində olduğunu və bunun hazırlanıb milyonlarla insana paylanılması böyük vaxt alacağını da bildirib.
K.Lindmayer həmçinin virusun yayılması ilə bağlı mübahisəli məqamlara da aydınlıq gətirib: “Virus hava ilə deyil, damcı yolu ilə ötürülür. Bu damcılar öskürdükdə və ya asqırdıqda 1 metr məsafəyədək yayıla bilər. Ancaq qışqırsanız və ya yüksək səslə danışsanız damcılar daha uzun məsafəyə sıçraya bilər. Ancaq bununla belə, havada qalmır, yerə düşürlər”.
“Koronavirus daşıyıcısı 1 nəfərin 5 nəfəri yoluxdurması sadəcə bir ortalamadır. Yoluxmuş şəxs 16 nəfəri də yoluxdura bilər. Düzdür, bu ortalamanı yenə də dəyişmir”, - o əlavə edib.
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər": Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ











