Koronavirusla əlaqədar avqustun 8-9-da nəqliyyatın hərəkəti tam dayandırılıb

Özbəkistanda koronavirusla mübarizə tədbirləri çərçivəsində avqustun 8-9-da taksilər də daxil olmaqla ölkənin bütün şəhərlərində nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılıb. Yalnız təcili yardım maşınlarının və xüsusi icazəsi olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilib.
Ölkədə virusa yoluxma hallarının və ölənlərin sayının artması ilə bağlı artıq dördüncü həftədir ki, şənbə və bazar günləri belə qərar qəbul edilir.
Xatırladırıq ki, avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir, yaşı 65-dən yuxarı olanlar özünütəcrid rejiminə keçirilib, toy və ailə şənliklərinin təşkili də qadağandır.
Son sutkada Özbəkistanda koronavirusa yoluxanların sayı 650 nəfər artıb və 29 min 459-a çatıb. Son gündə 10 pasiyent ölüb, bu virusdan ölənlərin ümumi sayı 183-dür. (AZƏRTAC)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












