Koronavirusla mübarizədə kimdən razısınız? - SORĞU

Dünya dövlətləri, eləcə də Ümumdünya Səhiyyə Təşkilatı koronavirus (COVID-19) pandemiyasının qarşısında hələ ki aciz qalmağa davam edir.
Virusa qarşı vaksin hazırlamaq istiqamətində atılan addımlar da səmərəsiz qalır. Doğrudur, bu barədə tez-tez hansısa xəbərlər eşidlilməkdədir ki, alimlər çalışıb-vuruşurlar, amma tam olaraq təsdiqlənmiş və təcrübədən keçirilmiş vaksin hazırlamaq mümkün olmayıb.
Belədə dövlətlər özləri öz daxillərində vətəndaşları koronavirusdan qorumaq üçün müxtəlif tədbirlər həyata keçirir, cürbəcür karantin qaydaları tətbiq edirlər.
Azərbaycanda ilk koronavirusa yoluxma halı bu ilin 28 fevralında qeydə alınıb. Martın 24-dən isə ölkəmizdə xüsusi karantin rejimi tətbiq olunur. Ötən müddətdə xüsusi karantin rejimi bir qədər yumşaldılıb, əvəzində cərimələr sərtləşdirlib.
İndi ictimai nəqliyyatda, market və apteklərdə, dayanacaqlarda maska taxmayanlar cərimələnir…
İndi ən əsas tələblər bunlardır: maska taxın, sosial məsafə gözləyin, əllərinizi tez-tez spirtləyin -sabunla yuyun.
Hazırda ölkədə karantin rejimi ilə bağlı əsas qaydaları Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah müəyyənləşdirir, koronavirusla mübarizə tədbirləri barədə qərarlar verir.
Bu gün koronavirusla mübarizədə bir neçə qurum, bir sıra peşə sahibləri də öndə gedir… Və onların işinə münasibət birmənalı deyil… Razılıq da var, narazılıq da…
Budəfəki sorğu koronavirusla mübarizə ilə bağlıdır:
“Koronavirusla mübarizədə kimdən razısınız?”
Saytımızın əsas səhifəsindəki (sağdan aşağıda - keçid burda) “Sorğu” bölməsində “Koronavirusla mübarizədə kimdən razısınız?” sualına cavab vermək üçün sizə təqdim edilən cavablardan birinə səs verməyiniz xahiş olunur. Sorğu” bölməsində aşağıdakı cavablar qeyd edilib:
Operativ Qərargah
TƏBİB
Səhiyyə Nazirliyi
Həkimlər
Polislər
Jurnalistlər
Ziyalılar
Məmurlar
Adi insanlar
Heç kim.
(Modern.az)
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











