Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən olundu

Koronavirusu ən fəal şəkildə yayan məktəbli qrupu müəyyən edilib. Kaliforniya Universitetinin alimləri onların yuxarı sinif şagirdləri olduğunu iddia edirlər. Tədqiqat “MedRxiv” veb saytında yayımlanıb. Alimlər karantin götürüldükdən sonra məktəblərdəki vəziyyəti simulyasiya edib. Məlum olub ki, yuxarı sinif şagirdlərinin müəllimləri arasında yoluxma payızda kəskin şəkildə arta, onların 40,7 faizində COVID-19 simptomları inkişaf edə bilər. Mütəxəssislər kiçik yaşlı uşaqlar arasında patogenin yayılmasının yuxarı sinif şagirdlərinə nisbətən daha az olduğunu söyləyirlər. Proqnozlar 10 yaşınadək uşaqların özündən böyüklərə nisbətən infeksiyaya iki dəfə az həssas olduğunu göstərən məlumatlara əsaslanır. Tədqiqatda sinifdəki şagird sayını azaldaraq yoluxma səviyyəsini azaltmağın mümkün olduğu qeyd edilib. Alimlərin fikrincə orta və yuxarı sinif şagirdlərinin olduğu sinifdə uşaqların sayı 10 nəfəri keçməməlidir. Ancaq ibtidai sinif şagirdləri üçün bu göstərici 20 nəfərdir. (Modern.az)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











