Koronavirusu tezliklə və effektiv məhv edən üsul aşkarlandı

Günəş spektrinin ultrabənövşəyi şüaları koronavirusu tezliklə və effektiv məhv edir və buna görə COVID-19-la mübarizədə fəal istifadə oluna bilər. Bu barədə məşhur immunoloq, italyan bioloqlarının və fiziklərin bu problem üzrə tədqiqatına rəhbərlik edən Milan Dövlət Universitetinin professoru Mario Kleriçi bildirib.
Milan Dövlət Universiteti immunoloqlarının və İtaliyanın Astrofizika Milli İnstitutu mütəxəssislərinin birgə tədqiqatının məzmununu özündə saxlayan material təhlükəli infeksiyaya qarşı mübarizə aparan digər alimlərin də onunla operativ tanış olmaları üçün bir qədər əvvəl dərc edilib.
“Tədqiqatın ilk mərhələsində Sars-CoV-2 virusunu su damlalarına yerləşdirdik və bu da koronavirusa yoluxmuş insanın öskürək və ya asqırması zaman meydana gələn təsiri təkrarladı. Bu halda virusun üç müxtəlif konsentrasiyası istifadə olunurdu.
Aşağı konsentrasiya otaqda virusa yoluxmuş bir insanın olduğu vəziyyətə, yüksək konsentrasiya isə ağır vəziyyətdəki COVID-19 xəstəsinin vəziyyətinə uyğun oldu, çox yüksək konsentrasiyanın real həyatda analoqu yoxdur.
Bütün bu materiallar qısa dalğalar aralığında - ultrabənövşəyi C (UF-C) şüalarının müxtəlif dozalarında günəş radiasiyasına məruz qaldı. Nəticədə aydınlaşdı ki, UF şüanın təsiri hətta kiçik dozalarda bir neçə saniyə ərzində virusun hərəkətsizləşdirməsinə gətirib çıxarmağa qadirdir”, - Klerici bildirib.
Qeyd edək ki, dünyada təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 14,6 milyon nəfərə çatıb. Bununla yanaşı, 608,9 min insan COVID-19-un qurbanı olub.
Təhlükəli koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb. (“Report”)
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Quduzluqla mübarizə günü və sahibsiz itlər
Dünyada sürücülər nə qədər cərimələnir? - Məbləğlər
Bakıda 5 küçəyə maşınların girişi birdəfəlik qadağan edilir - FOTO
Bakıda səkilər yenilənəcək: Ekspert 60 milyonluq layihədən danışdı











