Koronavirusun daha yoluxucu forması aşkar edilib

Koronavirusun mutasiya edərək daha yoluxucu olan yeni G614 forması Filipinlərin ən böyük şəhəri Qezon sitidə aşkar edilib. Bu barədə ölkənin səhiyyə katibinin köməkçisi Maria Rosario Vergeire mətbuata bildirib.
Filippin Genom Mərkəzinin avqust ayı bülleteninə görə, G614 şəhərdə təsadüfən tapılan 9 nümunədə aşkarlanıb.
M.R.Vergeirenin sözlərinə görə, bunun miqyası epidemiya qənaətinə gəlmək üçün çox kiçikdir: “Bizə daha çox dəlil lazımdır. Mərkəzləşdirilən araşdırmalar Quezon sitiyə cəmləşdirilib. Bu, ölkənin qalan hissəsi üçün səciyyəvi ola bilməz”.
O, G614-ün ilkin olan D614-dən daha yoluxucu olduğuna dair dürüst məlumat olmadığını söyləsə də, “Cell” dərgisində dərc olunmuş dünya tədqiqatlarına görə, mutasiya olunmuş virusun daha yoluxucu olduğu göstərilir. Tədqiqatçılar araşdırılan ölkə və regionlarda G614-ün artıq daha yayğın olduğunu, onun hətta D614-ü əvəzləməsi ehtimalını da irəli sürüblər.
Bununla belə Böyük Britaniya tədqiqatçıları G614 formasının ilkin D614-ə nisbətən “ionlarla dəfə” yox, cəmi 1,22 dəfə daha yoluxucu olduğu qənaətinə gəliblər. (“Report”)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












