Koronavirusun hansı şəraitdə yayıldığına dair tədqiqat aparılıb

Bu ilin may ayında Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Rheda-Vaydenbrük şəhərində yerləşən və “Tönnies” şirkətinə məxsus olan ölkənin ən böyük ət emalı fabrikində 1 500-dən artıq işçinin COVID-19 virusuna yoluxmasına dair elmi tədqiqatın nəticələri açıqlanıb.
Ölkənin cəmi üç nüfuzlu elmi mərkəzinin müştərək həyata keçirdiyi tədqiqatda ilkin olaraq bir nəfərdə olan virusun 8 metrdən artıq radiusda olan daha bir neçə işçiyə yoluxduğu bildirilir. Yoluxma hadisəsi mal ətinin doğrandığı, havalandırılan və 10 dərəcəyədək soyudulan məkanda baş verib. Halbuki epidemiyanın həmin mərhələsində mənzil şəraitinin əhəmiyyətli rol oynamadığı bildirilir.
Bununla yanaşı, virusun ardıcıllığına dair tədqiqatlar nəticəsində indiyədək ətraflı açıqlanmamış səkkiz mutasiyanın üzə çıxdığı da qeyd olunur.
“Bizim nəticələr ət emalı müəssisəsinin doğranma bölümündəki şəraitin, o cümlədən aşağı hərarətin, natəmiz hava verilməsinin, daimi havalandırmanın ağır fiziki əməklə yanaşı, böyük məsafə üzərindən SARS-CoV-2 zərrələrinin hava toz yolu ilə ötürülməsi üçün əlverişli olduğunu ortaya çıxarır. Çox güman ki, bu amillər ət və balıq emalı müəssisələrində epidemiyaların əmələ gələrək geniş yayılmasında mühüm rol oynayır. Həmin şəraitdə 1,5 - 3 metlik məsafənin ötürmənin qarşısını almaq üçün kafi olmadığı göz qabağındadır”, - deyə tədqiqat qrupunun rəhbəri, professor Adam Qrunhoff bildirib. (“Report”)
Azərbaycanlıların Ermənistanda keçirdiyi görüşün detalları AÇIQLANDI - VİDEO
Nigar "400 mini haradan tapıb maşın alır" sualına belə cavab verdi
Ramiz Mehdiyev var-dövləti haqqında danışdı
Biləcəridə bu küçə də yararsız vəziyyətdədir - Qurumdan REAKSİYA YOXDUR - VİDEO
Simonyan niyə Bakıya deyil, Gəncəyə gəlir? – AÇIQLAMA
Boşanan ata övladının illik 5-10 min təhsil haqqını ödəməyə borcludurmu? - AÇIQLAMA
Azərbaycanın nəqliyyat sistemində hansı texnologiyalar yenilənməlidir? – EKSPERT
Zəngəzur dəhlizində yeni mərhələ: Azərbaycan qurur, Ermənistan isə... - VİDEO
İki məktəbin meydançası baxımsız vəziyyətdədir – Şagirdlər harada idman etsin? - FOTO
Alen Simonyan Azərbaycan nümayəndələri ilə görüşdü - VİDEO
Təmirsiz mənzillərin satışı: Qanunda bununla bağlı cərimə nəzərdə tutulub ? – AÇIQLAMA











