Koronavirusun iqtisadiyyata vurduğu zərərin həcmi açıqlanıb

2020-ci ilin yeddi ayı ərzində ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 2,8 faiz azalıb və cari qiymətlərlə 40,0 milyard manat təşkil edib.
Bu barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında bildirilir.
Qeyri-neft sektorunda əlavə dəyər istehsalı 1,6 faiz, neft sektorunda isə 4,5 faiz azalıb. Bununla yanaşı, qeyri neft-qaz sənayesinin istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 13,0 faiz artmasına baxmayaraq, hesabat dövründə istehsal olunmuş sənaye məhsullarının ümumi həcmi 2,7 faiz azalaraq 21,6 milyard manat təşkil edib. Sənaye məhsullarının ümumi həcminin azalması neft-qaz sektorunda məhsul istehsalının 4,3 faiz azalması hesabına baş verib. (Trend)
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb
"Əgər Azərbaycan vətəndaşı olsaydım mən də İlham Əliyevə səs verərdim" - VİDEO
İlham Əliyev II Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda iştirak edir - VİDEO












