Koronavirusun yayılmasına qarşı bəzi məhdudiyyətlərin tətbiqinə başlanılıb

Türkiyənin paytaxtı Ankarada yaşı 65-dən yuxarı və xroniki xəstəlikləri olanların fəaliyyətlərinə bir sıra məhdudiyyətlər qoyulub. Bu barədə Ankara Şəhər Pandemiya Qurumu məlumat açıqlayıb.
Bildirilib ki, bu gündən yaşı 65-i keçən və xroniki xəstəlikləri olanların toy, yas mərasimləri, bazar yerləri və insanların kütləvi toplandığı digər yerlərdə fəaliyyətləri məhdudlaşdırılacaq.
Bundan başqa yeni növ koronavirusa (COVID-19) yoluxanların yaşadığı yerlərdə karantinin tətbiq olunması aidiyyəti qurumlar tərəfindən nəzarətdə saxlanılacaq. Çadır toylarının müddəti 2 saata endiriləcək, yemək süfrələrinin açılmasına qadağa qoyulacaq.
Bundan əlavə “Həyat Evə Sığar” (HES) kodunun tətbiqi qaydalarına ciddi əməl olunmasına riayət ediləcək.
Qeyd edək ki, Türkiyənin 13 vilayətində yaşı 65 yaşdan yuxarı olanların hər vilayət üzrə müxtəlif saatlarda küçəyə çıxmalarına qadağa qoyulub. Bəzi vilayətlərdə qələbəliklə keçirilən mərasimlərə yaşı 15-dək olanların da buraxılması qadağan edilib.
Həmçinin bəzi bölgələrdə toy, nişan, xınayaxdı, sünnət və dini mərasimlərin kütləvi şəkildə keçirilməsinə yeni məhdudiyyətlər tətbiq olunub. (APA)
Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb












