Kriminal avtoritetin dəfnində iştirak edənlər saxlanıldı

Paytaxtın Suraxanı rayonu Hövsan qəsəbəsində xüsusi karantin rejim qaydalarına zidd olaraq, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan dəfn mərasiminin iştirakçıları müəyyən olunaraq saxlanılıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, idarənin əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə iyulun 3-də Hövsan qəsəbəsində Mayıl Mustafayevin dəfn mərasimindən yayılan görüntülərdə əks olunan şəxslər polis bölməsinə dəvət olunaraq barələrində inzibati tənbeh tədbiri tətbiq olunub.
Onlarla aparılan profilaktik və izahedici söhbətlərdə diqqətlərinə çatdırılıb ki, onların mərasimdə iştirakı epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin qaydalarına ziddir. Onlar əməllərindən peşiman olduqlarını bildirməklə, səmimi peşimançılıqlarını ifadə ediblər.
Saxlanılan şəxslər İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, məsuliyyətə cəlb olunublar.
Qeyd edək ki, M. Mustafayev kriminal aləmdə "Hövsanlı Mayıl", "Mayıl Naxçıvanski" kimi tanınıb.
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA
Tramp İranla münaqişədən DANIŞIB
Tramp BMT Baş Assambleyasının Nyu-Yorkdakı iclasında nə qazandı? – POLİTOLOQ
Tıxaclar Bakı sakinlərinə ildə 900 manat ziyan vurur - EKSPERT
Bu yollarda tıxac var - SİYAHI - FOTO - YENİLƏNİB
Bakı əhalisi tıxacda nə qədər pul itirir? - ARAŞDIRMA
Sürücülərə ŞAD XƏBƏR: Cərimə balları ilə bağlı YENİ QƏRAR gözlənilir
Üç qardaş ölkədən KİBERHƏMLƏ: Hərbi mütəxəssislər vahid komandada - VİDEO - FOTO
Sumqayıtın simvolu sayılan heykəlin son halı narazılıq yaratdı - FOTO
Prezident iki rayona və bir şəhərə icra başçısı TƏYİN ETDİ
Bu yollarda tıxac var - SİYAHI - FOTO











