Kubada yük maşını insanların üzərinə sürüldü: azı 2 ölü, 20 yaralı

Kubada yük maşınının insanların üzərinə sürülməsi nəticəsində azı 2 nəfər ölüb, daha 20-si isə xəsarət alıb. Avtosfer.az xəbər verir ki, insident Quantanamo əyalətində qeydə alınıb. Bu barədə ötən gün “Cubadebate” portalı məlumat yayıb.
Portalın məlumatına görə, insanlar gecə qaranlığında hərəkət zolağına çıxaraq yolda irəliləyiblər və bu zaman işıqlarını söndürərək hərəkət edən yük maşını onları vurub. Yaralılar, təcili tibbi yardım briqadasının köməkliyi ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıblar.
Rəsmi məlumatlara əsasən, adada gündəlik ortalama 31 yol-nəqliyyat hadisəsi baş verir. Qəzaların əksəriyyəti sürücü diqqətsizliyi, yüksək sürət, yol örtüyünün bərbad olması və avtoparkların köhnə olması səbəbindən törədilir. Kuba yollarında hərəkət edən avtomobillərin bir çoxunun yaşı 50-dən yuxarıdır.
Namiq Musayev
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI











