Küçələrdə yağış barmaqlıqları oğurlanır - VİDEO

Bakı küçələrində yağış sularının kanalizasiya xəttinə axıdılması üçün qoyulan dəmir barmaqlıqlar oğurlanıb.
Avtosfer.az Oxu.Az-a istinadən xəbər verir ki, bu fakt vətəndaş tərəfindən qeydə alınmış görüntülərdə öz əksini tapıb.
Kadrlar paytaxtın Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində çəkilib. Vətəndaş bildirir ki, dəmir barmaqlıqları oğurlayırlar:
“Əraziyə sanki baxan yoxdur. Dəmir barmaqlıqları oğurlayıb satırlar. Maşınlar, piyadalar keçir. İnsanlar ehtiyatsızlıqdan xəsarət ala bilər, avtomobillər qəzaya düşə bilər”.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Mətbuat Xidmətinin rəhbəri Anar Nəcəfli saytımıza açıqlamasında bildirib ki, qısa zamanda sözügedən ərazidə qeydə alınan problem həll olunacaq:
“Ərazidə qısa zamanda yeni yağış barmaqlıqları qoyulacaq. Təəssüf ki, zaman-zaman paytaxtın müxtəlif istiqamətlərində bu kimi hadisələr yaşanır. Yağış suları üçün qoyulan barmaqlıqlar ağır metal olduğu üçün oğurlanaraq, satılır. Bununla bağlı polisə müraciət edirik. Əksər hallarda həmin şəxslər müəyyənləşdirilərək məsuliyyətə cəlb olunurlar.
2-3 il bundan qabaq bənzər hadisə paytaxtın Ziya Bünyadov prospektində də qeydə alınmışdı. Yağış suları üçün qoyulan barmaqlıqlar kütləvi səkildə oğurlanmışdı. Lakin həmin şəxslər qısa zamanda müəyyənləşdirilmişdi”.
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
Bu yollarda tıxac var - SİYAHI
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”











