Külli miqdarda siqaretlər aşkarlandı - FOTO - VİDEO

Gömrükçülərin həyata keçirdiyi xüsusi əməliyyat nəticəsində ölkəmizə qanunsuz yollarla gətirilən, təxmini dəyəri 6 milyon manat təşkil edən tütün məmulatlarının realizə edilməsinin qarşısı alınıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinə Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsində yerləşən və Azərbaycan Respublikasının vətəndaşı Tahirov İlkin Əlifağa oğlunun faktiki istifadəsində olan qapalı tipli anbarda ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış külli miqdarda tütün məmulatlarının saxlanılması barədə əməliyyat məlumatı daxil olub.
Dərhal yaradılan əməliyyat qrupu qeyd olunan ünvanda yerləşən 500 kvadratmetrlik qapalı tipli anbara baxış keçirib. Yoxlama zamanı anbarda 5041 karton qutu aşkar olunub. Qutulara baxış keçirilən zaman oradan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan 924000 qutu "Milano", 983500 qutu "Cavallo", 584000 qutu "Kent Nanotek 2" və 29000 qutu"Marlboro Gold Edge" markalı, ümumilikdə isə 50 410 000 ədəd siqaret aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.
Gültən
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI















