Külli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən gizlin keçirilməsi cəhdinin qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının ölkəmizin gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Avtosfer.az xəbər verir ki, İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikasının vətəndaşı "Yaşıl kanal" buraxılış sistemi vasitəsilə gömrük nəzarət zonasını tərk etmək istəyərkən saxlanılıb və "Qırmızı Kanal" buraxılış sisteminə yönləndirilib.
Vətəndaşa məxsus əl çantası rentgen aparatıyla yoxlanılarkən monitorda zərgərlik məmulatlarının təsviri görünüb. Təkrar yoxlama zamanı həmin çantada gömrük orqanına təqdim edilməyən, əvvəlcədən şifahi, yazılı və ya elektron formada bəyan olunmayan ağ rəngli metaldan hazırlanmış 10 ədəd kulonlu boyunbağı, 19 ədəd boyunbağı, 32 ədəd üzük, 42 cüt sırğa, 130 ədəd qolbaq, 6 ədəd sırğa-üzük-qolbaq-boyunbağı dəsti, 20 ədəd sırğa-üzük-boyunbağı və 71 ədəd sırğa-üzük-kulon dəstiaşkar edilib.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin rəyinə əsasən, aşkar edilən predmetlər ümumi çəkisi 2123,61 qram olan 925 əyarlı gümüşdən hazırlanmış zərgərlik məmulatlarıdır.
Faktla bağlı araşdırma aparılır.
Gültən Qədirli
"Orta Dəhlizi və Şimal-Cənub Dəhlizini çox cəlbedici etdik" - İlham Əliyev
Avtobusda ödənişlə bağlı yenilik: iki bölgədə dəyişdi – növbə Bakıdadır…
Pul köçürmələrindəki yeni qaydalar kimlərə təsir edəcək? - İQTİSADÇI
"Bütün silahları pulla almışıq, özü də dünya qiymətinə - son gülləyə qədər" - Azərbaycan Prezidenti
Bu yollarda tıxac var - SİYAHI - YENİLƏNİB
Prezident YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edib – VİDEO
Texniki baxışla bağlı SÜRÜCÜLƏRƏ VACİB XƏBƏR: Həmin 20 günü...
Oktyabrın 5-dən Bakının mərkəzində bu yol tam bağlanır – Sürücülərin DİQQƏTİNƏ - VİDEO
"Manatlıq taksi"lərin alternativləri yaradılacaq - AÇIQLAMA
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI












