Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur - Deputat

Xəzər dənizi ilə yanaşı Kür çayının da problemləri var.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev deyib.
Deputat bildirib ki, Kür çayında qanunsuz ov günbəgün artır, buna nəzarət yoxdur:
“Həm də ötən illərdə daşqınlar oldu, daşqınların fəsadları hələ də qalmaqdadır. Kür çayının da monitorinqlərində deputatlar yaxından iştirak etməlidir”.
Naqif Həmzəyev Milli Məclisdə sahibsiz heyvanlarla rəftarla bağlı dinləmə keçirilməsini təklif edib:
“Regionlarda bilmirlər ki, sahibsiz heyvanlarla necə rəftar edilsin. Sahibsiz heyvanlara rəftarla bağlı standartlar qəbul edilməlidir. Bakıda, Gəncədə bəzi imkanlar var, amma digər regionlarda nə icra, nə digərləri bilmir ki, sahibsiz heyvanlara necə davransın. Bəzən biabırçı mübarizə metodu seçilir, videolar yayılır”.
Orta Dəhlizin inkişafı Azərbaycanın tranzit imkanlarını necə dəyişəcək? – AÇIQLAMA
Ölkənin nəqliyyat sistemi növbəti yağışlara necə hazırlaşmalıdır? - AÇIQLAMA
Gürcüstanda avtomobil rüsumları artırılır: Azərbaycan bazarına təsiri necə olacaq? - AÇIQLAMA
Təcili yardımın arxası ilə gedən sürücülərə DİN-dən XƏBƏRDARLIQ - VİDEO
Səkilərdə piyadaların maneəsiz hərəkəti necə təmin edilməlidir? – TƏKLİF
Bu yollarda tıxac var - Sürücülərin NƏZƏRİNƏ!
İlham Əliyev Gürcüstanın baş nazirinin müavinini qəbul edib - FOTO
“Bədr müqaviləsi” ABŞ-ın hərbi sənaye bazarındakı mövqelərini zəiflədə bilər – POLİTOLOQ
Prezident Özbəkistanla iki sənədi təsdiqlədi
Dumanlı havada bu işıqları yandırmaq təhlükəlidir – XƏBƏRDARLIQ
Dağ yollarında avtobuslara məhdudiyyət qoyulmalıdırmı? – EKSPERT AÇIQLADI












