Kür daşqınlarından zərər çəkən şəxs mənzillə təmin edilməyib - VİDEO

Kür daşqınlarından ziyan çəkən Şirvan sakini mənzillə təmin edilməyib.
Şirvan şəhər Məhəmməd Füzuli küçəsində yaşayan Vaqif Babayev iddia edir ki, ailəsi ilə birlikdə illərdir qəzalı evdə yaşayırlar. Onun sözlərinə görə, 2010-cu ildə baş vermiş Kür daşqınları zamanı onların da evi qəzalı vəziyyətə düşüb.
Həmin vaxt yaradılmış xüsusi komissiya tərəfindən evə baxış keçirilib. Lakin o vaxtdan bəri həmin küçədə evləri ziyan görmüş sakinlər yeni mənzillərlə təmin olunsalar da, Babayevlər ailəsinə ev tikilməyib.
Məsələ ilə bağlı Şirvan Şəhər İcra Hakimiyyətindən bildirildi ki, Məhəmməd Füzuli küçəsində yaşayan sakinlərin şikayəti əsasında araşdırma aparılıb. 2010-cu ildə baş vermiş daşqınlar zamanı zərər çəkmiş sakinlər komissiyanın rəyinə əsasən müxtəlif pul kompensasiyası və mənzillərlə təmin olunublar. O ki qaldı müraciət edən vətəndaşın şikayətinə, FHN tərəfindən Şirvan Şəhər İcra Hakimiyyətinə təqdim edilmiş siyahıda Vaqif Babayevə məxsus yaşayış evinə dəymiş ziyan "yüngül çatlar" olaraq qeyd olunub. Yəni onların yeni mənzillə təmin olunması barədə heç bir rəy qeyd olunmayıb.
Azərbaycanda cinsi əlaqə yaşı ilə bağlı qanunda dəyişikliyə ehtiyac var? - RƏY
İlham Əliyev Şavkat Mirziyoyevlə görüşüb - FOTO
Bank köçürmələrində yeni qaydalar: Komissiya artacaq? - AÇIQLAMA
"Bəzi peşələr yox olacaq, yeniləri yaranacaq" – İQTİSADÇI
“Niyə söhbət İrandan gedəndə susursunuz?!” - “Traktor” klubundan Türkiyəyə CAVAB
Texniki baxışdan keçməyə görə 20 gün müddət ləğv edilir? - AÇIQLAMA
Bakı metrosunda böyük dəyişiklik: Qatarlar daha tez gələcək?
Xəzərdə konteyner daşımalarının həcmi artacaq? – Ekspertdən AÇIQLAMA
Bu yollarda tıxac var - SİYAHI
İslamda erkən nikahlar məsələsinə necə yanaşılır? - RƏY
Avtomatik maşınla yoxuş aşağı düşərkən bu səhvi etməyin – XƏBƏRDARLIQ












