Kürdəmir Rayon İcra Hakimiyyəti: “Rayonda indiyədək 67 nəfər koronavirusa yoluxub, 17 nəfər sağalıb”

Kürdəmirin bir kəndində virusa tutulanların sayı 21-ə çatıb. Rayonun Sığırlı kəndində 21 nəfərdə virus aşkarlanıb. Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Ağəli Kərimli bildirib ki, indiyə kimi rayon üzrə koronavirusa 67 yoluxma faktı qeydə alınıb. Onlardan 17 nəfər sağalaraq evə buraxılıb. Əsas yoluxma Sığırlı kəndində qeydə alınıb - 21 fakt. Bundan başqa, Kürdəmir şəhərində 20, Yenikənd kəndində 8, Atakişilər kəndində 7, Qağaçılı kəndində 3, Qarşıdakı kəndində 3, Şüşün kəndində 3, Topalhəsənli kəndində 1, Şahsevən kəndində də 1 nəfərdə koronavirus aşkarlanıb. Ağəli Kərimlinin sözlərinə görə, hazırda Sığırlı kəndi istisna olmaqla, rayonun digər ərazilərində son günlərdə insanlarda virus aşkarlanmayıb: “Sığırlı kəndində də vəziyyət tam nəzarətə götürülüb. Belə ki, virusa tutulanların sayında hər gün azalmalar müşahidə olunur. Ötən gün axşam saatlarından bu vaxta kimi 4 nəfərdə virus aşkarlanıb. Vəziyyətin stabilləşməsi üçün müvafiq qurumlar tərəfindən bütün zəruri tədbirlər görülür”. (APA)
Sürücülərin NƏZƏRİNƏ! - Bakının bu istiqamətlərində tıxac var - SİYAHI
Ermənistan Aİ-yə üzvlüyə hazırlaşır? – Politoloq AÇIQLADI
Minlərlə sərnişini daşıyan "manatlıq taksi"lər yığışdırıldı, əvəzinə... - VİDEO
Müharibənin mərkəzindəki İordaniya ilə viza rejimin ləğvi nəyə lazımdır? - AÇIQLAMA
ABŞ Hindistanı iqtisadi təhdidlərlə yola gətirə bildi - POLİTOLOQ
Bakı metrosunda obyektlər və dükanlar yenidən açılacaq? - RƏSMİ CAVAB
Bu yollarda tıxac var - SİYAHI - FOTO
Taksilərin avtobus zolaqlarından istifadəsi təklif edilir - “Ortaq nöqtə tapmaq olar”
Zəngəzur dəhlizi – TRIPP layihəsi üzrə işlər yekunlaşmaq üzrədir – ELMƏDDİN MURADLI - VİDEO
Avtobus zolaqlarına daxil olmayın, hərəkətə maneə yaratmayın! - DİN-dən ÇAĞIRIŞ - VİDEO
Tarif Şurası benzinlə bağlı qərara hazırlaşır? - AÇIQLAMA












