Kürdəmirdə qoyun oğruları tutulub - FOTO

Kürdəmir rayonunda silsilə oğurluq edən şəxslər tutulub. Kürdəmir rayon sakinləri Rauf Şükürov, Cəmil Babayev və Sevan Şəmiyev müxtəlif vaxtlarda rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus 10,13 və 8 baş, ümumilikdə, 31 baş xırda buynuzlu heyvanlarının oğurlanması ilə bağlı məlumat veriblər.
Bununla bağlı Kürdəmir və Qəbələ Rayon Polis Şöbələri, eləcə də Baş Dövlət Yol Polisinin 7-ci tağımının əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluq cinayətlərini əvvəllər analoji əməllərə görə məhkum olunmuş Bərdə rayon sakini, 47 yaşlı Sadıqov Həmid Kazım oğlu və Ağdam rayon sakini, 52 yaşlı Nəsirov Nemət Həsən oğlu olduğu müəyyən edilib. Hər ikisi şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib.
İlkin dindirmə zamanı onlar etdikləri cinayət əməlini etiraf ediblər. Həmçinin araşdırma zamanı Həmid Sadıqov və Nemət Nəsirovun Qəbələ və İmişli rayonlarında da analoji cinayət əməllərini törətmələri rayon polis şöbəsinin əməkdaşları tərəfindən müəyyən edilib.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.










Sürücülərin DİQQƏTİNƏ! - Bu yollar AÇILDI
Zəngilanda Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO - VİDEO
Şəhidlərin xatirəsini yaşadan tarix - 27 Sentyabr ANIM GÜNÜ
Prezident İlham Əliyev Formula 1-dən paylaşım edib - VİDEO
Sürücülərə ŞAD XƏBƏR: Bakı yollarında "Formula-1" məhdudiyyətlərinin bitəcəyi saat AÇIQLANDI
İlham Əliyev və Mehriban Əliyeva "Formula-1" Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar - FOTO
“Formula-1” üzrə Azərbaycan Qran-prisinin qalibi bəlli olub
İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə GÖRÜŞÜB - FOTO
İlham Əliyevin AIIF 2026-da iştirakına dair video paylaşılıb - VİDEO
“Xəzər dənizi üzərindən bərədən istifadə etməlidirlər” - İlham Əliyev
Prezident investorlara saxta mediaya inanmamağı məsləhət görüb













